Bakıda bu yol bağlanır

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.

 

XALQ.AZ xəbər verir ki, təmir işləri ilə əlaqədar həmin ərazidə sabah saat 08:00-dan 21 aprel saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

 

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edilib.