Bakıda dəhşətli avtoqəza

96

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Bakı şəhər Baş Polis İdarəsindən XALQ.AZ-a verilən məlumata görə, hadisə sentyabrın 14-də Nərimanov rayonu, Ə. Əliyev küçəsində qeydə alınıb.

 

1986-cı il təvəllüdlü Rasif Süleymanovun idarə etdiyi «Opel» və 1981-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi KİA markalı avtomobillər toqquşub.

 

Nəticədə R.Süleymanov hadisə yerində ölüb.