Bakıda dəhşətli intihar

Vanna-1

Ötən gün səhər saatlarında Bakının Binəqədi rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon polis İdarəsi 4-cü polis bölməsindən verilən məlumata görə, Rəsulzadə qəsəbəsi ərazisində yaşayan 1971-ci il təvəllüdlü Cavanşir Sabir oğlu Əsgərovun meyiti hamam otağında, vannanın içində tapılıb. Onun meyidini həyat yoldaşı tapıb.

Qadın səhər evdən çıxıb və axşam saatlarında evə qayıdarkən ərini hamamda vannanın içində tapıb. Qadın ərinin öldüyünü görüb. Vanna ağzına qədər su olub. Araşdırmalar zamanı məlum olub ki, Cavanşir Əsgərov vannaya su doldurub və içinə girib. Daha sonra elektrik cərəyanı ilə özünə qəsd edib.

Cavanşir Əsgərov ölməmişdən qabaq həyat yoldaşına vida məktubu da yazıb. Məktubda bağışlanmağını və ölümündə heç kimin günahlandırılmamasını xahiş edib.

Qeyd edək ki, Cavanşir Əsgərov kiçik bizneslə məşğul olurmuş. Hələlik onun intiharının dəqiq səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.