Bakıda dəhşətli qətl

 

1

Əzimov qaçmaq istəyərkən hündürlükdən yıxılıb, hər iki ayağı sınıb.

Bakıda qətl hadisəsi törədilib.

Xalq.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi-1 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimovanı bıçaqlayaraq qətlə yetirib.

E.Əzimov qətli törətdikdən sonra qaçmaq istəyib və onun hündürlükdən yıxılaraq hər iki ayağı sınıb. E.Əzimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.