Bakıda daha bir yol təmir olunur

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki Zaur Şərifov küçəsi təmir olunur.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatdaq deyilir ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 18.5 km təşkil edən qəsəbədaxili küçə və yolda təmir-tikinti işləri davam etdirilir.

Proqrama çərçivəsində sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, bu istiqamətdə bir müddətdir işlərə start verilib.

Bu çərçivədə qəsəbədə 700 metr uzunluğa malik Zaur Şərifov küçəsində aparılan təmir-tikinti işləri son mərhələ üzrə və yüksək keyfiyyətlə icra olunur.