Bakıda dönərxanada yanğın

Yangin

Gecə Bakıda fəaliyyət göstərən dönərxanalardan birində yanğın baş verib.

XALQ.AZ FHN mətbuat mərkəzinə istinadən xəbər verir ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan dönər evinin mətbəxində lambirdən ibarət divar örtüyü 1 kv.m sahədə yanıb.

Dönər evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.