Bakıda dünya ulduzları “Sədərək” rəhbərinin oğlunun toyunda-Video

Rusiya və Türkiyənin məşhur simaları Azərbaycana gəlib.

XALQ.AZ  xəbər verir ki, yazır ki, populyar estrada ulduzları Bakıda keçirilən dəbdəbəli toy mərasimində yer alıblar. Həmin gecədə Rafet El Roman, Mustafa Ceceli, Polina Qaqarina, JONY (Cahid Hüseynli), ELMAN (Elman Zeynalov) çıxış edib.

Cavid Gülün aparıcısı olduğu tədbirdə Azərbaycandan olan sənətçilər də yer alıb. Belə ki, Xalq artisti Röya Ayxan, Əməkdar artist Xəyyam Nisanov gecədə çıxış edən müğənnilərdəndir.

Məşhur simalar “Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəylinin oğlu Orxanın toyunda səhnəyə çıxıblar.Olay.az

Qeyd edək ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli 2016 -cı ildə oğlu Mehman Qədimbəylidə dəbdəbəli toy edib. Eyni ilə dəbdəbəli toyda Fransa, Ukrayna Türkiyənin,Rusiyanın məşhur ulduzları çıxış ediblər. Toyda yüz min dollara iştirak edən ulduzlar bu barədə sosial şəbəkələrdə də açıqlama vermişdilər.