Bakıda fəhlənin əzablı ölümü

Fehle

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Türkan qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

Orada çalışan Bəxtiyar Mirzəyev ehtiyatsızlıqdan dəzgahın altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən həftə Bakıda Qızıldaşdakı daş karanasında buna oxşar hadisə baş vermişdi. Fəhlə dəzgahda işləyərkən əli onun içərisində qalmışdı. Daha sonra fəhlənin başı dəzgahın içində qalaraq əzilib.