Bakıda fahişəxana aşkarlandı

Priton

Bakıda daha bir neçə fahişə alverçisi tutulub. Xalq.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Suraxanı qəsəbəsində kafelərin birində fahişələrin intim xidmət gstərməsi məlumatı daxil olub. Məlumata əsasən İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyta keçirib.

Keçirilən əməliyyta nəticəsində Bakı şəhər sakini Gülverdi Mustafayevin Suraxanı qəsəbəsinin ərazisində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Əməliyyat zamanı G.Mustafayev saxlanılıb.

Bundan başqa, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyta zamanı fahişəliklə məşğul olan və əxlaqsızlığı yayan 2 qadın da saxlanılıb. Araşdırmalar zamanı onların Ləman Qeybullayeva və Lena Latkinanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi məlum olub. Həmin qadınlar da, keçirilən əməliyyta zamanı saxlanılıb.