Bakıda gənc canına qıydı…

Intihar

Bakıda 28 yaşlı kişi intihar edib.

XALQ.AZ xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində qeydə alınıb.

Burada yaşayan 1989-cu il təvəllüdlü Hacı Hacıyev özünü iplə asaraq intihar edib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.