Bakıda gənclərin mübahisəsi faciə ilə nəticələndi

Bicaq

Bakının Nərimanov rayonunun ərazisində qanlı hadisə baş verib. Gənclər arasında yaranan mübahisə tərəflərdən birinin ölümü ilə başa çatıb. Hadisə Nərimanov rayonu Müzəffər Nərimanov küçəsi 4 ünvanında, “Ulduz” metrostansiyasının yaxınlığında baş verib.

Hüseynov Yasin Laçın oğlu aralarında yaranmış mübahisə zəminində tanışı 23 yaşlı Əkbərov Rahib Sahib oğlunun bud nahiyyəsinə bıçaqla xəsarət yetirib. Cinayəti törədən Yasin Hüseynov hadisə yerindən qaçaraq istintaqdan yayınmaq istəyib. Yaralı Rahib Əkbərov isə təcili tibbi yardım maşını ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılsa da çoxlu qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər. Rahib Əkbərov xəstəxanada dünyasını dəyişib.

Hadisədən sonra əraziyə Nərimanov rayon polis idarəsi və prkurorluğunun əməkdaşları cəlb olunub. Keçirilən əmliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yasin Hüseynovu 17-ci polis bölməsinin əməkdaşları saxlayaraq istintaqa təqdim ediblər.

Hələlik qətlin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məjəlləsinin 120.1- qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.