Bakıda hamilə qadını vuran sürücü qaçdı

Olum

Xətai rayonunda iki piyadanın yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

XALQ.AZ-ın məlumatına görə, Nobel prospektində avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

Piyadalardan biri hamilə vəziyyətə olan qadın olub. Nobel prospekti ilə şəhər istiqamətində hərəkətdə olan “Honda” markalı avtomobil yolu keçmək istəyən hamilə vəziyyətdə olan 23 yaşlı Təhminə Mustafayevanı və daha bir nəfəri vurub. Yaralılar təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırıblar.

Həkim Namiq Dəmirçiyev Təhminə Mustafayevanın vəziyyətinin ağır olduğunu bildirib.

Qəzanı törətməkdə şübhəli bilinən “Honda” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. İsti izlərdən keçirilən əməliyyat nəticəsində avtomobil Babək prostektində NZS qəsəbəsinin girişində aşkarlanıb. Sürücü avtomobildə olmayıb. Maşına baxış zamanı oradan mobil telefon aşkarlanıb.

Hazırda Xətai polisi avtomobili hadisə zamanı idarə edən sürücünün axtarışlarını davam etdirir. Faktla əlaqədar araşdırmalar aparılır.