Bakıda Hindistan Günləri keçiriləcək

Bakıda növbəti dəfə Hindistan Günləri təşkil olunacaq.

XALQ.AZ xəbər verir ki, bu çərçivədə Bakı İdman Sarayında 30 avqust – 8 sentyabr tarixlərində“Best of İndia”, yəni “Hindistanın ən yaxşıları” adı ilə bu ölkənin məhsullarının sərgisi keçiriləcək.

Sərgidə Hindistanın 40-dan çox şirkətinin təqdim etdiyi çay, ədviyyat, düyü, ev avadanlığı, geyim və tekstil əşyaları, zərgərlik və kirşan məmulatları vs. nümayiş olunacaq. Sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 923 milyon dollar təşkil edib.