Bakıda itlərin sərgisi olacaq

It

XALQ.AZ-ın məlumatına görə, Azərbaycan Respublíkasi Kínoloqlar İctimai Birliyi 15-18 may tarixlərində “The Land of Fire-2014” bütün cins itlərin Beynəlxalq Sərgisini keçirəcək.

Sərgidə 40 cinsdə, 300–dən yuxarı itiştirak edəcək. Sərgiyə dünyanın 10-dan çox ölkəsindən iştirakçı və hakimlər qatılacaq. Bu festivallar hər il 2 dəfə keçirilir və həmişə xaricdən gələn qonaqlarımıza ölkəmizi tanımağa və sevməyə kömək edir.

Sərgi 15-18 may tarixlərində “Karvan Palace Hotel”də saat 16:00 da başlanır. Final proqramlar 18 may tarixində olacaq.