Bakıda kafedə yanğın baş verib

Yangin

Bu gecə Bakıda fəaliyyət göstərən kafelərdən birində yanğın baş verib.

XALQ.AZ FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan “TBİLİSİ” kafesinin tüstü bacasının ətrafı 4 kv.m sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.