Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir

Bu gün Azərbaycanın daha iki təmsilçisi mübarizəyə başlayacaq.

54 kq çəki dərəcəsində yarışan Səyyad Dadaşov 1/16 finalda Omonjon Otajonov (Özbəkistan) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 46 kq-da mübarizə aparan Minayə Əkbərova eyni raundda Ruka Okamoto (Yaponiya) – Sarao Sançes (Puerto-Riko) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl mübarizəyə başlayan Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.

Dünya çempionatı iyunun 4-də başa çatacaq.