Bakıda kütləvi dava

Dava

Bakının mərkəzində gənclər arasında kütləvi dava olub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xaqani bağında baş vermiş kütləvi dava iştirakçısı olan 4 nəfər tutulub.

Belə ki, dünən saat 05:35 radələrində, R.Rza küçəsində yerləşən Xaqani bağının yaxınlığından 1989-cu il təvəllüdlü Şahin Quliyev 4 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə ilə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Şahin Quliyevi bıçaqlayanların kimliyi məlum olub.

Dava 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev və Şahin Quliyev arasında baş verib.

Dava zamanı Şahin Quliyev çoxsaylı bıçaq zərbələri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.