Bakıda lüks avtomobil divara çırpıldı

Bakı-Sumqayıt şosesində avtomobil qəzaya uğrayıb.

XALQ.AZ-ın məlumatına görə, “Prado” markalı maşın idarəetmədən çıxaraq divara çırpılıb. 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub. 

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.