Bakıda məktəblərin bağlanması gözlənilir?

Təhsil müəssisələrinin bağlanması ilə bağlı hər hansı qərar verilməyib. Mövcud vəziyyət müzakirə olunur, bununla bağlı hər hansı qərar olarsa, bunu ilk növbədə media biləcək.

XALQ.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, koronavirusla bağlı məsələ diqqət mərkəzindədir:

“Yanvar ayının 31-dən etibarən dövlət qurumlarına, o cümlədən Təhsil Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı dezinfeksiya işlərinin aparılması davam etdirilir. Fevral ayının son günü 24 saat fəaliyyət göstərən Operativ Qərargah yaradılıb. Müvafiq məlumatlar orada müzakirə və təhlil olunur. Bakı daxil olmaqla, yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb”.