Bakıda maskalı şəxslərin gecə hücumu

gece

Bakının Suraxanı rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, basqın edəb şəxslər maskalı olublar.

Hadisə Qaraçuxur qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Yanacaqdoldurma məntəqəsinə daxil olan 4 nəfər naməlum şəxs orada işləyən 26 yaşlı Elvin Kərimov və 21 yaşlı Röyal İsmayılovu hədələyiblər. Daha sonra onlar seyfdə olan 5000 manat pulu oğurlayıblar.

Faktla bağlı araşdırmalar aparılır.