Bakıda “Mercedes” mağazaya girdi

9

 

Satıcı, alıcı və sürücü xəsarət alıb.

Bakının Xətai rayonunda, Babək prospektində ağır yol qəzası baş verib.

Xalq.az  ANSPRESS-ə istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil mağazaya girib.

Hadisə nəticəsində 3 nəfər-satıcı, alıcı və sürücü xəsarət alıb. Sürücünün vəziyyətinin ağır olduğu və ayaqlarının sındığı bildirilir.

Mağazaya ciddi ziyan dəyib.

Faktı Nizami rayon Yol Polisinin növbətçi hissəsindən təsdiq etdilər.