Bakıda müxtəlif çaplı mərmilər tapılıb

47
Bakıda döyüş sursatı tapılıb.

 

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonunda partlayış təhlükəli əşyaların aşkarlanması barədə məlumat daxil olub.

 

FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən partlayış təhlükəli əşyaların boş gövdələri aşkarlanıb. Aşkarlanmış sursatların 1 ədəd 150 mm çaplı top mərmisi, 1 ədəd 85 mm çaplı top mərmisi, 2 ədəd 82 mm çaplı minaatan mərmisi, 8 ədəd 60 mm çaplı minaatan mərmisi, 12 ədəd 125 mm çaplı BK-125 mərmisi olduğu müəyyən edilib.

 

Sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd olunan ərazidə digər partlayış təhlükəli döyüş sursatları aşkar edilməyib.