Bakıda NATO seminarı keçirilir

Nato

Bu gün Bakıda NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusuna seminarı başlayıb. 86-cı Rouz-Rout seminarının açılışnda NATO PA-nın prezidenti Hu Beyli, Milli Məclisinin sədri Oqtay Əsədov, Ziyafət Əsgərov, İsveçrənin Azərbaycandakı səfiri Paskal Aebişer çıxış edəcəklər.
NATO Parlament Assambleyasının “Rose Roth” seminarı Bakıda iyunun 16-dan 18-dək keçiriləcək.

Hyu Beyli NATO Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün səylərini davam etdirəcəklərini deyib. “Azərbaycan mürəkkəb regionda yerləşir. Dağlıq Qarabağ münaiqişəsini müharibə yolu ilə həll etmək mümkün deyil. Bunu kompromislər yolu ilə həll etmək lazımdır.

3 gün davam edəcək seminarda Ermənistan nümayəndələri də iştirak edir. Ermənistan nümayəndə heyətinin tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir. Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edir.