Bakıda NATO tədbirləri keçiriləcək

 

94

NATO/ABŞ Ekspert Qrupu ilə MN arasında növbəti işçi görüşü keçiriləcək.

Mayın 18-dən 21-dək Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, mayın 19-dan 23-dək isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-da Maddi-Texniki Təminat Dəstəyi” mövzusunda təlim kursu təşkil olunacaq.