Bakıda Qələbə gününü 157 veteran qeyd edəcək

2018-ci il 9 may tarixinin statistikasına görə, hazırda Azərbaycanda 460 nəfər İkinci Dünya Müharibəsi veteranı var.

XALQ.AZ xəbər verir ki, bunu  açıqlamasında Respublika Veteranlar Təşkilatının sədri Telman Babayev deyib.

“Hər il veterenların sayı azalır. Sağ qalan veteranların səhhəti ilə bağlı ciddi problemləri var”, – Babayev bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda 157 veteran yaşayır.

Qeyd edək ki, 2014-cü il yanvarın 1-nə olan statistikaya əsasən, Azərbaycanda 1900 İkinci Dünya Müharibəsi veteranı yaşayırdı.

 

 

Elgün