Bakıda qətl hadisəsi baş verib

Morq

Bakıda qətl hadisəsi baş verib.

XALQ.AZ-ın Nizami Rayon Polis İdarəsinə istinadən verdiyi məlumata görə, hadisə Naxçıvanski küçəsində qeydə alınıb. 8 km bazarında işləyən yoldaşlar, əvvəl yeyib iciblər.

Kəlbəcər rayon sakini Aqşin Abdullayev bazarda avtomobil dayanacağında gözətçi işləyən Heydər Ağayevə başı ilə yalnız bir zərbə vurduğundan başqa heç nə xatırlamadığını deyir.

İstintaqla müəyyən olunub ki, Aqşin Heydər Ağayev yerə yıxılandan sonra onun baş nahiyəsinə də təpiklə zərbələr endirib. O, ağır bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.