Bakıda qadın cibgirlər həbs olundu

Qadin-2

Bakıda polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgirliklə məşğul olan dəstə saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Səbail rayonu Z.Əliyeva küçəsində keçirilib.

Əməliyyat zamanı cibgirlikdə şübhəli olanlar – Esmira Səfərova, Fərid Şərifzadə, əvvəllər məhkum olunmuşlar Rəhilə İsmayılova, Rauf Əliyev və Elçin Xankişiyev saxlanılıblar.

Yaxalanan şəxslərin üzərilərinə baxış keçirilərkən E.Xankişiyevdən 3,75 qram, R.Əliyevdən isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, onlar sentyabrın 24-də 11 saylı xətt avtobusunda Bakı şəhər sakini Gülüzə Abışovanın içərisində 40 manat və 6 ədəd bankomat kartı olan pul kisəsini əl çantasından oğurlayıblar.


Comments are closed.