Bakıda qadın özünü dənizə atdı

Bulvar

Xalq.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində 1 nəfər dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 750 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib.