Bakıda qadınlar kişini soydular

qiz-1

Paytaxtın Yasamal rayonunda kişi qadınların hücumuna məruz qalıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən publika.az-a verilən məlumata görə, Şərifzadə küçəsində, Dağlılar məhləsində baş verib. Bakı şəhər sakini Elmir Şirinovun mağazada pul xırdalaması qadınların diqqətindən yayınmayıb.
Onlar Elmir Şirinovun pul kisəsini oğurlamaq məqsədilə onu təqib edib, niyyətlərini həyata keçiriblər. Elmir Şirinovun köməyinə Çevik Polis Alayının əməkdaşları gəlib və oğru qadınları saxlayıb. Sumqayıt şəhər sakini Natiqə Baxşıyeva və Bakı şəhər sakini Nərgiz Ağaməmmədova tutularkən əməllərini etiraf ediblər.
Araşdırmalar davam edir.