Bakıda qadınların iclası keçirilir

Qadin

Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının ümumrespublika konfransı öz işinə başlayıb.

XALQ.AZ-ın məlumatına görə, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva ötən dövr ərzində görülən işlərdən, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, ölkəmizdə qadınların gündən-günə artan fəallığından danışıb. O, qadınların milli maraqlar ətrafında sıx birləşməsində Yeni Azərbaycan Partiyasının rolunu qeyd edib.

Bildirilib ki, hazırda YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası çox geniş potensiala malikdir.

Sonra konfransın gündəliyi açıqlanıb. 84 şəhər və rayondan 369 nümayəndənin iştirak etdiyi tədbirdə YAP Qadınlar Şurasının idarə heyətinin üzvləri, sədri və sədr müavinləri, şura üzvləri seçiləcəklər.