Bakıda qoca kişini beşbarmaqla vurdular (FOTO)

Kisi

Bakının Binəqədi rayonunda kişi evinin qarşısında basqına məruz qalıb

Teleqraf.com xəbər verir ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində baş verib.
Məlumata görə, Bakı şəhər sakini, 77 yaşlı Nadir Ağayev evinin qarşısında naməlum şəxslərin basqınına məruz qalıb. Basqın edən şəxslər Nadir Ağayevi beşbarmaqla vurublar. Başından xəsarət alan Nadir Ağayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun başına 9 yerdən tikiş vurublar. Hazırda Nadir Ağayev həkim müayinəsi altında müalicə alır.
İlkin məlumata görə, Nadir Ağayev çörək almaqdan qayıdan zaman hadisə baş verib. Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət edilib. Hazırda Nadir Ağayevə basqın edən şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür. Nadir Ağayev Azərbaycanın ilk dissidenti olub.
Kisi