Bakıda restoran sahibi müğənniyə bahalı avtomobil hədiyyə etdi-Foto

Türkiyəli müğənni Deniz Sekiyə Bakıda baş tutan konsertindən sonra “Ferrari” markalı avtomobil hədiyyə edilib.

XALQ.AZ xəbər verir ki, sənətçi bu barədə şəxsi instaqram səhifəsində məlumat verib. Müğənni sosial şəbəkəsində video paylaşaraq maşını konsert verdiyi restoran sahibinin ona bağışladığını bildirib:

“Kadeh Baku”nun sahibi mənə “Ferrari” hədiyyə etdi deyə müğənni bildirib.