Bakıda sərnişin avtobusda öldü

Bakının Suraxanı rayonunda avtobusda ölüm hadisəsi baş verib.
Hadisə Hövsan qəsəbəsində hərəkətdə olan 161 saylı xətt üzrə hərəkət edən avtobusda qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Ziyafət Məcidov ürəktutmasından dünyasını dəyişib. Əraziyə təcili yardım briqadası çağırılsa da gec olub.
Onun ölüm səbəbi araşdırılır.