Bakıda sanatoriya yandı

Yangin-1

Bakının Xəzər rayonunda yerləşən sanatoriyada yanğın olub.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın hazırda fəaliyyət göstərməyən üçmərtəbəli sanatoriyanın 3-cü mərtəbəsində baş verib.

Sanatoriyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının səbəbləri araşdırılır.