Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində gecə saatlarında söküntü və tikinti işlərinin aparılması sakinlərin etirazına səbəb olub.

Bu barədə məlumat verən sakinlər bildiriblər ki, tikinti şirkəti işi ağır texnikalarla gecə saatlarında həyata keçirir, ətrafa yayılan səs-küy narahatlığa səbəb olur.

Sakinlərin sözlərinə görə, əraziyə polis çağırılır, iş dayandırılır, amma bu, uzun sürmür: “Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır”.

Ərazidən görüntüləri təqdim edirik: Pravda.az

 

 

Məlumata görə söküntü işləri aparan  “Memarlıq Şəhərciyi 2021” MMC-dir. Qeyd edək ki, həmin şirkətə ötən il FHN tərəfindən  akt tərtib olunmuşdur. Belə ki, “Memarlıq Şəhərciyi 2021” MMC  tərəfindən aparılan tikinti işlərində təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün  qülləli kranın istismarı dayandırılmışdır.

“Memarlıq Şəhərciyi 2021” MMC rəhbəri Elnur Mustafayevdir


media-ads-728x90

Bənzər xəbərlər