Ceyhun Cəlilovun 400 minlik avtomobil almağa icazə verilmədi…
Naxçıvan Nazirlər Kabinetinin 5 ədəd xidməti minik avtomobili almaq üçün elan etdiyi tender ləğv olunub.
XALQ.AZ -ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.
Tenderin ümumi dəyəri 404 750 AZN olub.
Qeyd: Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Ramiz oğlu Cəlilovdur.Pravda.az