media-05
YAP Saatlı rayon təşkilatının inzibati binasında Saatlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral Gənclər günü ilə bağlı tədbir keçirilib.
XALQ.AZ məlumat verir ki, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, gənclərimizin gələcəyimiz kimi dəyərləndirilməsi onlara böyük etimadın, inamın göstəricisidir. Gənclərimiz bu diqqət və qayğını üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirməklə dəyərləndirirlər. Bu gün müasir müstəqil, qalib Azərbaycana hansı sahədən baxsaq gənclərimizin töhfələrini görür və bundan böyük qürur hissi keçiririk.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında cənab Prezident İlham Əliyevin çağırışlarına uyğun olaraq milli dəyərlərə bağlı, sağlam düşüncəli,vətənpərvər Azərbaycan gəncliyinin formalaşdırıldığını qeyd etdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasət bugün cənab Prezident İlham Əliyev tərəfindən çox yüksək səviyyədə və uğurla davam etdirilir. Ölkə gəncləri dövlətin onlara olan diqqət, qayğı və dəstəklərini bütün addımlarda müsbət mənada görürlər.
Tədbirdə Saatlı şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Ürvət Ağayeva, Saatlı Gənclər Evi Sosial Xidmət Müəssisəsinin metodisti Mirəli Məmmədov və Saatlı rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Məleykə Soltanova çıxışlarında Azərbaycan gəncliyinin vətən sevgisi və vətənin inkişaf etdirilməsi arzusu ilə yaşadığını bildirdilər. Azərbaycan gəncliyi Prezidentini, Ulu Öndərini, öz dövlətini sevir və onun inkişafı üçün əlindən gələni əsirgəmir, yalnız dövlətin inkişafı naminə çalışan cənab Prezidentin siyasətini birmənalı olaraq müdafiə edir. Azərbaycanda ictimai-siyasi sabitlik dönməz hal alıb və xalqımız başda olmaqla bütövlükdə gənclik cənab Prezident İlham Əliyevi tam dəstəkləyir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə hədiyyələr, partiya sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
media-01 media-02 media-03 media-04 media-05 media-06 media-07 media-08 media-09 media-10

media-ads-728x90

Bənzər xəbərlər