Bakıda “Toyota” yandı

25

 

 

Bakıda avtomobil yanıb. Xalq.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus “Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.