TV əməkdaşını bıçaqladılar

Bicaq-1

Bakının Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı “Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Qonşuların verdiyi məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomabilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.

Hadisədən sonra yaralı ağır vəziiyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyat olunan zərəçəkənin həyatını həkimlər xilas edə biliblər.

Hadisədən sonra ərazidə Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma apaılıb. Bölmədən verilən məlumata görə, hadisəni törədən şəxsin tutlmasi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir.