Bakıda UNO hamını qorxutdu

UNO

Bakı səmasında uçan naməlum obyektlər görünüb.

XALQ.AZ-ın məlumatına görə, sosial şəbəkələrdə istifadəçilər paytaxt səmasında 7 uçan obyekt gördüyünü yazıblar.

Onların sözlərinə görə, alçaqdan uçan obyektlər pilotsuz təyyarə və ya yad planetlilərin UNO-su kimi uçuş edib.

Yazılanlara inansaq, alçaqdan və səssiz uçan obyektlər üçbücaq formasında olub və parlaq işıq saçıblar.

Onların 5-nin buludlar arasında yox olduğu, başqa ikisinin havada partladığı da yazılır.

Bununla belə uçan obyektlərin görüntüləri sosial şəbəkədə yayılmayıb.

Bu barədə hər hansı bir rəsmi məlumat olmasa da Bakı sakinlərinin narahatlığına səbəb olan hadisə ilə bağlı xəbər vermək qərarına gəldik.