Bakıda vəzifəli şəxs vəfat etdi

“20 Yanvar Cəmiyyəti” Nəsimi rayon şöbəsinin sədri  Tofiq Allahverdiyev vəfat edib.

XALQ.AZ xəbər verir ki,  Tofiq Allahverdiyev uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

Xatırladaq ki, uzun müddət daxili işlər orqanlarında çalışan Tofiq Allahverdiyev  “İgidliyə görə” medalı ilə təltif edilib.

Allah rəhmət elesin.