Bakıda yaraq-yasaqlı kişi tutuldu

Silah

Bakının Binəqədi rayonunda silahlı şəxs saxlanılıb.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zeynal Kərimovdan silah tapılıb. Ondan tapılan “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 11 ədəd patron götürülüb.

Hazırda onun bu silah və sursatı nə məqsədilə saxladığı araşdırılır.

Faktla bağlı araşdırma aparılır.