Bakıda yaşayış evində bomba həyəcanı

6

 

Gecə Bakının Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 31-də yaşayan Novruz Əhmədova məxsus mənzilə bomba qoyulması barədə məlumat daxil olub.

Mənzildə olan telefona zəng edən naməlum şəxs oraya partlayıcı maddə qoyulması barədə ev sahibinin qızına xəbər verib.

Dərhal evi tərk edən sakinlər bu barədə polisi və Fövqəladə Hallar Nazirliyini xəbərdar ediblər.

Əraziyə cəlb olunan xilsedicilər mənzildə axtarış işləri aparıblar. Sonda isə mənzildə bomba olması barədə ev sahiblərinə verilən məlumat öz təsdiqini tapmayıb.

Bundan sonra isə sakinlərin mənzilə daxil olmasına icazə verilib. Hazırda hadisə ilə ilə bağlı Binəqədi rayon polis idarəsində araşdırma aparılır. Əhmədovlar ailəsinin evinə bomba qoyulması barədə yalan məlumat verən şəxsin axarışları isə davam etdirilir.