Bakıda yeni 11 hektarlıq “mall” TİKİLİR – VİDEO

Bakıda daha bir iri ticarət mərkəzi inşa edilir.

XALQ.AZ xəbər verir ki, yeni mərkəz paytaxtın Yasamal rayonu ərazisində tikilir.

“Zefir Mall” adlandırılacaq iri obyektin ərazisi 11,6 hektardır. Obyekt alış-veriş və əyləncə mərkəzi kimi fəaliyyət göstərəcək. Bakı dairəvi avtomobil yolunun yaxınlığında, Yasamal yaşayış kompleksinin ərazisində yerləşən ticarət mərkəzinin binası 6500 kvadrat metr sahəyə malik olacaq.

Ticarət mərkəzində kafe və restoranlar da fəaliyyət göstərəcək.

XALQ.AZ