Bakıda yeni prospekt açıldı

Prospekt

Bakıda Xocalı prospektinin gediş hissəsi nəqliyyat vasitələrinin istifadəsinə verilib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev xəbər verib.

Ali məhkəmənin qarşısından Xocalı prospektinə qədər olan, bir neçə gün öncə bağlanılmış gediş hissədə asfalt örtüyü çəkilib, xətlənmə işləri yerinə yetirilib və yol istifadəyə verilib.

Onun sözlərinə görə, başa çatdırılan hissə 3 zolaqdan ibarətdir, yolun eni 12 metr, uzunluğu 800 metr təşkil edir.