Bakıda yol nəqliyyat hadisəsi

7

Bu gecə Bakının Nəsimi rayonunda iki avtomaşının toqşuması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 28 may küçəsi ilə hərəkət edən Teymur Abbasovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Puşkin küçəsi ilə gedən Məhəmməd Məlikova məxsus “Lada” markalı nəqliyat vasitəsi toqquşub. Qəza zamanı “Lada” markalı atvomaşında olan sürücü və iki sərnişin xəsarət alıb.

Hadisədən dərhal sonra “VAZ 2107” markalı avtomaşının sürücüsü və sərnişinləri tələsik nəqiyyat vasitəsinin dövlət qeydiyyat nişanını açıblar.

Hadisə nəticəsində xəsarət alan digər avtomaşının sürücüsü və iki sərnişinə isə əraziyə cəlb edilən təcili tibbi yardım stansiyasının həkmləri tərəfindən yardım göstərilib.

Hadisədən sonra əraziyə Nəsimi rayon polis idarəsinin əməkdaşları cəlb edilib. İlkin məlumatlara görə qəza sürügülərdən birinin yolunu işıqforun qırmızı işığında davam etdirməs səbəbindən baş verib. Gunahkar sürücünün adı isə hadisə yerində quraşdırılan təhlükəsizlik kamerasındakı görüntülər izlənəndən sonra məlum olacaq.