Bakıda yol qəzasında ölən qadının kimliyi bəlli deyil

Qadin-1

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 171 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı şəxsiyyəti məlum olmayan piyada xanım bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Ancaq piyada xəstəxanada dünyasını dəyişib. Xanımın əlamətləri – boyu 168 santimetr, gözləri qara, saçları tünd qəhvəyi rəngdədir.

Odur ki, bu şəxsi tanıyanlardan və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 012 – 567-02-02 şəhər və 055-665-22-41 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.

Xatırladaq ki, siz məlumatlarınızı 24 saat xidmətinizdə olan “qaynar xətt”imiz 050-203-02-02 mobil nömrəsinə də zəng etməklə çatdıra bilərsiniz.