Bakıda yük maşını ağır yol qəzası törətdi

 

4

Badamdarda “Şaqman” markalı yük maşını “Hyundai”, “Mercedes” və “Daewoo” markalı avtomobilləri yarasız hala salıb

 

Bakının Badamdar qəsəbəsində zəncirvari qəza baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Qurd qapısına yaxın ərazidə qeydə alınıb. “Şaqman” tipli yük maşının üç minik maşınına ağır xəsarət vurub, ağır yaralılar var.
Xəsarət alan minik maşınları “Hyundai”, “Mercedes” və “Daewoo” markalı avtomobillər olub. Hazırda hadisə yerində FHN-in xilasediciləri işləyir. Onlar “Daewoo” avtomobili qaynaqla kəsərək ağır yaralını içəridən çıxarmağa çalışırlar.