Bakıda Zəfər paradı keçiriləcək.

Sentyabr-noyabr aylarında davam etmiş Qarabağ müharibəsi zamanı qənimət kimi ələ keçirilmiş Ermənistanın hərbi texnikası dəmir yolu ilə Bakıya gətirilir. 

XALQ.AZ –ın məlumatına görə, bununla bağlı kadrlar sosial şəbəklərdə yayılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev yaralı hərbçilərlə görüşündə  bu barədə məlumat vermişdi: “Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik”. 

Yaxın günlərdə Bakının Azadlıq meydanında düşməndən əldə edilmiş qənimətlərin nümayiş etdirilməsi üçün hərbi paradın keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, 45 gün ərzində Ermənistan ordusunun 500-ə yaxın hərbi texnikası qənimət kimi ələ keçirilib.

Qənimət kimi ələ keçirilən Ermənistanın hərbi texnikası Bakıya gətirilir (FOTO) - Gallery Image

XALQ.AZ