Bakıda zəncirvari qəza

Qeza-1

Bakının Səbayel rayonunun Neftçilər prospektində 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Hadisə prospektdə nəqliyyatın intensiv hərəkəti zamanı qeydə alınıb.

Tofiq Həşimovun idarə etdiyi “BMW” markalı avtomobil idarəetməni itirərək, əvvəlcə İsmət Nəzərovun idarə etdiyi “Mercedes” və türk əsilli Fatih İlilaqın idarə etdiyi “AUDİ” markalı avtomobilləri əzib, daha sonra isə Kamil Sadıqovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, “VAZ 2106” ciddi deformasiyaya uğrayıb. Xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Hadisə yerinə Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsinin əməkdaşları gəliblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya “BMW” markalı avtomobilin sürücüsü Tofiq Həşimovun maşını yüksək sürətlə idarə etməsi səbəb olub.

Qəza ilə əlaqədar Neftçilər prospektində bir müddət tıxac yaranıb. Maşınlar evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra, prospektdə nəqliyyatın hərəkəti normallaşıb.

Faktla bağlı Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsində araşdırma aparılır